turklehceleri.org

uzatmaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

uzatmaq

f.
1. Daha uzun etmək; uzunluğunu, boyunu artırmaq. Paltarın ətəyini uzatmaq. İpi bir qədər uzatmaq.
2. Bir şeyi irəliyə doğru hərəkət etdirmək, irəli vermək, bir şeyə, ya bir adama tərəf yaxınlaşdırmaq, yönəltmək. ..Yavıqda oturan qonaqlar da stəkanlarını uzadıb xanımın stəkanı ilə çaqqıldatdılar və içdilər. C.Məmmədquluzadə. Ballı xala qabı eşib, bir qızarmış iri kələmdolması tapıb, oğlu Qulunun ağzına uzatdı. Çəmənzəminli. // Əlini uzadaraq bir şeyi vermək, təqdim, ya təklif etmək. Bir papiros çıxarıb yoldaşına uzatdı. – Zabit .. ayaqlarını qoşalaşdırıb, məktubu mənə uzatdı... M.S.Ordubadi. Eldarın göyərçin hinini gördükdə mən yaralı göyərçini tordan çıxarıb ona uzatdım. M.Rzaquluzadə. Kənd poçtalyonu Ayaza bir dəstə qəzet uzatdı. Ə.Məmmədxanlı.
3. Çıxmasına, uzanmasına mane olmamaq; vurdurmamaq, qırxdırmamaq, kəsdirməmək. Saqqalını (saçını) uzatmaq. Dırnaqlarını uzatmaq. – Arabir də papaq qoyub bığlarını uzadar; O bilir ki, bu dünyada Koroğlunun adı var. S.Vurğun. Gənc, gözəl bir oğlanın başının tükünü çiyninədək uzadardılar. H.Sarabski.
4. Uzandırmaq, yatırtmaq. Bir az sonra dizinin üstündə huşa getdiyini gördükdə Zeynəb [Mayanı] ehmalca yerinə uzatdı. M.İbrahimov. Kərimin ayağına yağlı xəmir salıb yerə uzadardılar. H.Sarabski.
5. Vaxtını, müddətini artırmaq, bir işin davam müddətini artırmaq. Qəbul saatlarını uzatmaq. Məşğələni yarım saat uzatdılar.
6. Ləngitmək, təxirə salmaq, bir məsələnin, işin həllini, icrasını geriyə atmaq, gecikdirmək, daha gec vaxta keçirmək. [Nazlı:] Fərhad qardaşın stolu üstündə şəklini görmüşəm. Niyə uzadırsan, a-az? Niyə Fərhada getmirsən? Ə.Məmmədxanlı. // Lüzumundan artıq davam etdirmək, gecikdirmək. Oyunu uzatmaq. İşi uzatmaq. – [Şirin:] Ay Çingiz, sənin bir müsbət tərəfin varsa, o da iclası uzatmamağındır. Çəmənzəminli. Söylədi: – Məclisi gəlin uzadaq. H.K.Sanılı.
7. Artırmaq, yaşatmaq, davam etdirmək. Təmiz hava insanın ömrünü uzadar. – Ömrü uzatdıqca dillənir varlıq; Bizə nələr deyir bu bəxtiyarlıq? S.Vurğun. Saf su ömür-gün uzadar; Bulanıq su verər azar. M.Dilbazi.
8. Uzun danışmaq, uzunçuluq eləmək, danışarkən lazım olmayan təfərrüata yol vermək. Sözü uzatmaq. Mətləbi uzatmaq. – Dilmanc dəxi səbir eləmədi və qoymadı Yarməhəmməd sözü uzatsın. C.Məmmədquluzadə. Əmrah öz nəsihətlərini çox uzatmadı. M.Hüseyn.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

uzatmaq

oyalamak, uzatmak

Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)

uzatmaq

Uğurlamak. Uzutup qoymaq – Uğurlamak; birini kapıya kadar geçirmek.


Axir izdelgen sözler: