uyuşmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
uyuşmaq
f.
1. Keyləşmək, keyimək, hissizləşmək, duyma qabiliyyətini itirmək. Soyuqdan əlləri uyuşdu. – Göyərçin uyuşan (f.sif.) əllərini bərk sıxaraq: – Baxaq... görək, – dedi. S.Rəhimov. Alnını soyuq tər basdı. Bədəni uyuşub açıldı. Ə.Vəliyev.
2. Uyğunlaşmaq, uyğun gəlmək; alışmaq. // Müvafiq olmaq, uymaq, tutmaq, uyğun gəlmək. Sanki [Firidun] bir-birilə heç bir zaman uyuşa bilməyəcək ziddiyyətlərin əbədi ahəngini yaratmışdı. M.İbrahimov. Lakin bu kostyum [Mehdizadənin] ayaqlarındakı yumşaq məslərlə heç də uyuşmurdu. Y.Əzimzadə. // Yetişmək, qovuşmaq, ulaşmaq. [Solmaz:] İndi mən yalnız göyləri, işıqları, ulu Hörmüzün ülviyyətini və ona uyuşmağı düşünürəm. C.Cabbarlı.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
uyuşmaq
I. uzlaşmaq, əlaqələnmək, bağlanmaq, birləşmək
{uzlaşmak, alakalanmak, bağlanmak, birleşmek}
II. uymaq, yaraşmaq
{uymak, yakışmak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
uyuşmaq
uyuşmak