turklehceleri.org

təşəkkür

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

təşəkkür

is. [ər.] Edilən yaxşılığa, göstərilən diqqətə görə razılıq, minnətdarlıq. Ata Gülyazın əlini tutub təşəkkürünü bildirmək üçün sıxdı. Q.İlkin. Aydın təşəkkür dolu nəzərlə qıza baxdı. H.Seyidbəyli. // Bu hissi ifadə edən, minnətdarlıq bildirən (söz, məktub və s.). Təşəkkür məktubu. – Adam bunları Abbasqulu ağaya söylərkən bu cür mühüm bir xəbərdarlıq üçün ondan təşəkkür gözləmir. Ə.Sadıq. • Təşəkkür etmək – təşəkkür ifadə edən sözlər söyləmək, öz razılığını, minnətdarlığını bildirmək; minnətdarlıq etmək. Bayram yalnız təşəkkür eləmirdi. Bayram and içirdi. M.Hüseyn. // Birisinin zəhmətinə verilən rəsmi müsbət qiymət. Əmrlə təşəkkür elan etmək.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

təşəkkür

razılıq, minnetdarlıq
{memnuniyet, minnettarlık}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

təşəkkür

şükran, teşekkür


Axir izdelgen sözler: