turklehceleri.org

təsnif

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

təsnif

I. is. [ər.]
1. Hər hansı fərqlənmə əlamətlərinə və ya xüsusiyyətlərinə görə siniflərə, qruplara, dərəcələrə ayırma; təsnifat. Balıqların (heyvanların, bitkilərin) təsnifi. – Kitabda dərman növlərinə aid verilən təsnif rus alimlərinin.. nəzəriyyələrinə əsaslanmışdır. A.Əliyev. • Təsnif etmək – hər hansı fərqlənmə əlamətlərinə və xassələrinə görə siniflərə, qruplara, dərəcələrə ayırmaq. Mineralları təsnif etmək. Məfhumları təsnif etmək.
2. köhn. Kitab tərtib etmə; təlif.

II. is. [ər.] mus. Dəsgah şöbələri arasında əvvəlkinə nəhayət vermək sonrakına keçmək üçün ifa olunan mahnı formasına bənzər dəqiq və sabit ölçülü nəğmə. Hümayun təsnifi. – Aydın vəzndə olan musiqiyə xalq mahnıları, müxtəlif xalq rəqs havaları, habelə təsniflər (vokal musiqisi) və rənglər (çalğı musiqisi) daxildir. Ü.Hacıbəyov.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

təsnif

I. ayırma, bölmə
{ayırma, bölme}

II. mahnı
{mani}

III. düzmə, qurma, quraşdırma
{düzme, kurma, düzenleme}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

təsnif

tasnif


Axir izdelgen sözler: