turklehceleri.org

tər

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

tər

I. is.
1. Xüsusi dərialtı vəzilərin ifraz etdiyi şəffaf maye. Maşında oturanların alnından tər süzülürdü. M.İbrahimov. Arvad kişinin alnının dərin qırışlarına dolmuş soyuq təri sildi. B.Bayramov. • Tər aparmaq (basmaq) – çox işləməkdən və ya istidən çox tərləmək. Bir anda Nisa xalanı tər apardı. Mir Cəlal. Tər vəzisi anat. – tər ifraz edən dərialtı vəzi.
2. Daha yüksək temperaturu olan hava mühiti ilə təmas etdikdə əşyaların üzərində əmələ gələn yaşlıq. ‣ Tər tökmək məc. – 1) bir şeyi əldə etmək üçün çox çalışmaq, çapalamaq, çox əlləşmək, çox zəhmət çəkmək; 2) məc. xəcalət çəkmək, utanmaq. Ona fikir verin, danışdıqca biz; Tər tökür, sıxılır, utanır hər an. B.Vahabzadə. Alın təri – bax. alın. Alın təri ilə qazanmaq – bax. alın. Alın təri tökmək – bax. alın.

II. sif. və zərf Hələ solmamış, təzə, təravətli (gül, göyərti və s. haqqında). Tər göy soğan. Tər bənövşə. Tər xiyar. – Aylı gecə, çay kənarı, suların səsi; Ürəyimin məhəbbəti tər çiçəyimdir. N.Xəzri. // məc. Cavan, təravətli. Hər bir şeyə həyat verən, hər bir şeyi tər və təzə qılan məhəbbətdir! F.Köçərli. [Nisə xalanın] yaşı əllidən keçdiyi halda, necə olub da onun belə diri və tər qaldığına ilk görüşdə təəccüb edirdim. Qantəmir.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

tər

I. yaş, islaq, nəm, rütubətli
{yaş, ıslak, nem, rutubetli}

II. təzə, yeni
{taze, yeni}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

tər

ter


Axir izdelgen sözler: