təntənə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
təntənə
is. [ər.]
1. Təmtəraq, dəbdəbə, büsat. Nəsillər! Qulaq asın diqqətlə bir də mənə; Göydəndüşmə deyildir bu calal, bu təntənə. S.Rüstəm. ..Qızın göz yaşlarına baxmayaraq, zahiri bir təntənə ilə şirnisini içdilər. M.İbrahimov.
2. Təntənəli məclis, mərasim, ziyafət, bayram. [Əxsitan:] Özgə təntənədir... Kabab, mey, məzə; Deyirəm, keyf versin qoy Süheyl bizə. M.Rahim. Xanlar bu hərəkətilə bayram təntənəsini pozmaq istəyirdi. Mir Cəlal.
3. məc. Qələbə, qalibiyyət. Səkinənin açıq təntənəsi Rüstəm kişini pərt etmişdi. M.İbrahimov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
təntənə
dəbdəbə, təmtəraq, cah-cəlal
{görkem, ihtişam, azamet}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
təntənə
tantana, tören