təlaş
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
təlaş
[ər.] is.
1. Həyəcan, iztirab, təşviş, həyəcan və iztirab içində tələsmə, əl-ayağa düşmə, təşvişə düşmə. Tellinin təlaşı [Səfəri] heyrətə gətirdi.. Çəmənzəminli. • Təlaş etmək – bax. təlaşa düşmək. [Cəmil bəy Humaya:] Heç quru bir heykəl edam ediləcəyi üçün təlaş edərmi? H.Cavid. Fəlakət başımızın üzərində idi. Təlaş edirdik. S.Hüseyn. Təlaşa düşmək – həyəcana düşmək, təşvişə düşmək, əl-ayağa düşmək, vahiməyə düşmək. [Vaqif:] Belə mülahizə edirəm ki, hələ təlaşa düşmək lazım deyildir. Çəmənzəminli. Qaranlıqda qalan ana sevinməyə macal tapmamış təlaşa düşdü. Ə.Məmmədxanlı.
2. Həyəcan, gurultu-patıltı. Meydanda bir təlaş var.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
təlaş
həyəcan, vəlvələ, çaxnaşma, vurnuxma, çapalama, narahatlıq
{heyecan, velvele, şaşma, karmaşa, çabalama, rahatsızlık}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
təlaş
kuşku, telaş