turklehceleri.org

təkyə

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

təkyə

I. is. [ər.]
1. köhn. Söykənəcək, dayanacaq. • Təkyə eləmək (etmək) – 1) söykənmək, dayanmaq. Rzaquluxan suyu içdikdən sonra balışa təkyə edib, yavaş-yavaş göz yaşı tökməyə başladı. M.S.Ordubadi; // söykəmək, dayamaq, dəstəkləmək. [Molla Həmid:] Başını yuxarı qovzuyub, gözünü çadırın səqfinə dikib, sağ əlinin baş barmağı ilə çənəsinə təkyə edib, .. cavab verir. M.F.Axundzadə; 2) əsaslanmaq, istinad etmək. Rəsmi mənbədən bizə çatan bəzi məlumata təkyə etsək, görərik ki, keçən il təhsili qurtaran on səkkiz nəfər [azərbaycanlı] mamaların bir çoxu kəndlərə dağılıbdır. C.Məmmədquluzadə.
2. Məhəccər, söykənəcək, sürahi. Qərənfil bacı eyvanın təkyəsinə yaxınlaşaraq .. səslədi. İ.Əfəndiyev.

II. is. [ər.] Təriqətçilərin, dərvişlərin ayin icra etdikləri yer. Dərvişlikdən xəbəri yox, gecə-gündüz təkyə axtarır. (Ata. sözü). Odur ki, hər bir toya, təziyəyə, təkyəyə adam çağırmaq lazım olsa, bunu da Hacı Tağıya tapşırırlar. Ə.Haqverdiyev. // Təziyə, yas, hüzr yeri. Bir gün, baharın son ayında Şərəbanı xanım qonşuya təkyə yerinə getmişdi. E.Sultanov. • Təkyə saxlamaq – hüzr məclisi qurmaq, təziyədarlıq etmək. Məhərrəmlik münasibətilə bu karvansaranın həyətində təkyə saxlayıb təziyədarlıq edilərdi. S.Hüseyn.


Axir izdelgen sözler: