təkan
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
təkan
is.
1. Bir şeyi özündən uzaqlaşdırmaq məqsədilə bərk itələmə və ya zərbə. [Növrəstə] tərəkəmələrdən qalmış köhnə keçəni üstünə çəkdiyi zaman qapıya bir təkan vuruldu. Ə.Abasov. // Zərbə və ya silkələnmə nəticəsində sarsıntı. Yeraltı təkanlar. – [Şeyda:] Əlikram əmi, zəlzələ, təkan, atom zəmanəsi deyilən çox mühüm amili hesaba almırsınız? B.Bayramov.
2. məc. Hər hansı bir işin həyata keçməsi, sürətlənməsi və ya inkişafı üçün stimul ola biləcək daxili və ya xarici amil (bu mənada adətən “vermək”, “vurmaq” feilləri ilə işlənir). ‣ Təkan vermək – itələmək. [Gəldiyev] qapıya təkan verəndə bağlı olduğunu bildi. Mir Cəlal.