turklehceleri.org

təhvil

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

təhvil

is. [ər.] (adətən “almaq”, “etmək” köməkçi feilləri ilə işlənir)
1. Təzə işə keçərkən və ya işdən çıxarkən tapşırılmış işi, vəzifəni, şeyi başqa adama vermə. [Nüsrət:] Toğrul, sən işləri təhvil al! C.Cabbarlı. Beş gündən sonra Tərlanov işi təhvil verib, Teymuru yanına çağırdı. H.Seyidbəyli. // Öz əməyinin nəticəsini, məhsulunu istifadə olunmaq üçün lazımi yerə və ya şəxsə vermə. [Əmrulla:] [Qüdrət] pyesi qurtarıbdır, gətirdi təhvil versin. C.Cabbarlı. [Yusif Həsrətə:] O barədə işimiz pis deyil. Şahmar taxıl təhvilində iştirak eləyir. B.Bayramov.
2. Hicri-şəmsi təqvimində köhnə ilin qurtarıb yeni ilin daxil olması. [Əliməmməd Vaqifə:] ..Hələ il təhvil olmamışdır, dəstəyə bir saat qalanda olacaq. Çəmənzəminli. Təbil və şeypur səsləri ilin təhvil olduğunu Təbriz xalqına bildirdi. M.S.Ordubadi.


Axir izdelgen sözler: