tutacaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
tutacaq
is.
1. Bir şeyin tutulacaq yeri; dəstə, qulp, tutqac. Pəri nənənin qılçaları titrədi, o, qapını tutacağından çəkdi. S.Rəhimov. Sirat əli qapının tutacağında olduğu halda .. baxdı. Ə.Əbülhəsən.
2. Əl tutmaq üçün körpünün və s.-nin yanlarına vurulan taxta və s. məhəccər. Balkonun tutacağı. Pilləkənin tutacağı. – Buruğa yalnız bir tərəfdən tutacağı olan ensiz bir körpü uzanmışdı. Y.Əzimzadə.
3. İsti şeyləri götürmək üçün kiçik döşəkçə; tutqac. Gözəl tutacaqla çayniki götürüb, stəkanlara süzəndə Həbib otağın qapısını döydü. Ə.Vəliyev. // İsti tava və s. götürmək üçün alət; tutqac. Tutacaqla tavanı götürmək.
4. məc. Bəhanə, bəlgə, dəlil. ..[Kişi] bəhanəni əldə tutacaq edib, övrəti beş-on gün salır kötəyin altına, axırda da övrət cana doyandan sonra çıxıb qaçır. C.Məmmədquluzadə.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
tutacaq
I. destə, qulp
{deste, kulp}
II. məhəccər
{parmaklık}
III. bəhanə, bəlgə, dəlil
{kanıt, belge, delil}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
tutacaq
tutacaq