turklehceleri.org

toxum

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

toxum

is. [fars.]
1. Ali bitkilərin adətən mayalanmadan sonra inkişaf edən və maya ilə qabıqdan ibarət olan rüşeymi; tum. Keşniş toxumu. – Şair ilə Afaq ləklərə çiçək, yonca toxumu səpib, çəpər boyu cavan ağaclar əkdilər. Ə.Məmmədxanlı. Gülqönçə toxumları yığmaq istəyir. H.Seyidbəyli. // Bitkilərin yemək üçün və ya başqa məqsədlərlə istifadə olunan rüşeymi (tumu). Şirli bardaqlarda içinə reyhan toxumu salınmış şərbətlər qoyuldu. Çəmənzəminli.
2. Əkmək üçün ayrılmış dən. Əla toxum cinsi. – Kiminin öküzü, çoxunun toxumu, bəzilərinin də cütü yox idi. Ə.Vəliyev.
3. fiziol. Sperma, döl. Merinos qoyunun toxumu. // Nəsil, soy, döl. ‣ Toxumu (toxumunuz) kəsilsin! (yer üzərindən götürülsün!) – qarğış ifadəsi. [Hacı Qara:] Səni lənətə gələsən arvad, toxumunuz yer üzündən götürülsün! M.F.Axundzadə.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

toxum

tane, tohum


Axir izdelgen sözler: