titul
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
titul
[fr. titulus]
1. Feodal və ya burjua cəmiyyətində: nəsildən-nəslə keçən, yaxud sonradan verilən fəxri ad, rütbə. İmperator titulu. Knyaz titulu. Xan titulu.
2. mətb. Kitabın sərlövhəsi, adı. // Kitabın adı, müəllifinin adı, nəşr olunduğu il, yer və s. göstərilən birinci səhifəsi.
3. xüs. Sovet dövründə: titul siyahısına daxil edilmiş əsaslı tikinti smetasının obyektlər üzrə adı. • Titul siyahısı xüs. – layihə və smetası təsdiq olunmuş əsaslı tikinti obyektlərinin siyahısı.
4. hüq. Burjua hüquqşünaslığında: hər hansı bir hüququn əsası. Mülkiyyət titulu.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
titul
unvan, ünvan
Özbekche—In'gilische Lughet (Dirks, 2005)
titul
(Russian) title.