turklehceleri.org

tikiş

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

tikiş

is.
1. Tikmək işi, tikmə, tikim. Tikiş dərnəyi. Tikiş maşını. – [Gülnisə:] Bu saat duraram, ana, tikişimin bir azca yeri qalıb, onu qoy qurtarım. Ə.Haqverdiyev. • Tikiş tikmək – iynə-saplayan tikiş maşınında bir şey tikməklə, tikişlə məşğul olmaq. Hacı Mehdinin ikinci övrəti Güllü oturub tikiş tikir.. Ə.Haqverdiyev. Pinəçi Qafar başmaq yamarkən oxuyur, Şahsənəm də tikiş tikir. S.S.Axundov.
2. Tikilmiş parça, dəri və s. parçalarının birləşdiyi yer. Köynəyin tikişi. Tikişi sökülmək.
3. Bir şeyin hissələrinin bitişdiyi, calaşdığı, bənd olduğu yer, bitişmə yeri. Borunun tikişi. // tex. Eyni mənada detallar, qurğular və s. haqqında. Qaynaq edilmiş metalın tikişi. // tib. Cərrahiyyə əməliyyatında toxumaların tikilib bitişdirildiyi yer. Yaranın tikişi sökülüb. // Bu cür tikiş nəticəsində dəridə əmələ gələn qırış; qırışıq. Üzündə yara tikişi var. ‣ Tikiş qoymaq – yaranın kənarlarını birləşdirib xüsusi materialla tikmək. Tikişi açmaq – tikilmiş yara sağaldıqdan sonra onun saplarını açmaq, çıxarmaq.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

tikiş

I. bəxyə
{dikme}

II. can
{can}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

tikiş

dikiş

Türkmenche Izahliq Lughet (Kyýasowa, 2016)

tikiş

iş ady. Tikmek ýagdaýy.


Axir izdelgen sözler: