tikili
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
tikili
I. is. Bina, tikinti; tikilmiş ev, bina və s. Daş tikili (daşdan tikilmiş bina, ev və s.). – [Şəhər] gözəl bir səhranın ortasında idi, yaxşı başıqübbəli məscidi, böyük karvansarası, müsafirxanası və qeyri tikililəri var idi. E.Sultanov. Maşının keçdiyi yerlərdə, onun arxasınca, uçurulan evlərin yerində indiki tikililərə bənzəməyən evlər tikilir. S.Hüseyn.
II. sif. Tikilmiş. Tikili paltar. Qoyun dərisindən tikili kürk.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
tikili
I. bina, obyekt
{bina, yapı}
II. hazır
{hazır}