turklehceleri.org

tapşırmaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

tapşırmaq

f.
1. Həvalə etmək, üzərinə qoymaq. Səadət xanım Səriyyə xala və Gülnaza bəzi işlər tapşırdı. M.İbrahimov. Sədəf xala təzəcə yoldan gəldiyindən çay hazırlamağı Sürmə xalaya tapşırmışdı. S.Rəhman.
2. Birisinin və ya bir şeyin qayğısına, qeydinə qalmağı həvalə etmək; inanaraq, etibar edərək öhdəsinə buraxmaq, himayəsinə buraxmaq; qızmaq. Ona şey tapşırmaq olmaz. – Əmioğlumun peşəsi qoyun saxlamaq idi və qoyunları da .. çobanlara tapşırmışdı. C.Məmmədquluzadə. [Afaq:] İlyas, körpə Məmmədimi sənə tapşırıb gedirəm, – dedi.. Ə.Məmmədxanlı. ‣ Torpağa tapşırmaq tənt. – bax. torpaq. Can (canını) tapşırmaq – bax. can.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

tapşırmaq

buyurmak, ısmarlamak


Axir izdelgen sözler: