turklehceleri.org

tabe

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

tabe

is. [ər.] Başqasının tabeliyində, hökm və iradəsi altında olan, ondan asılı olan, onsuz heç bir şey edə bilməyən, tabe olan. // sif. Tabe olan, asılı olan, tabeliyə əsaslanan. Tabe dövlətlər. // İs. mənasında. Xidmət üzrə özündən böyüyə tabe olan vəzifəli şəxs. Müdirin öz tabeləri ilə rəftarı gözəldir. • Tabe etmək – asılı etmək, itaəti altına almaq, öz iradəsinə uyğun olaraq hərəkət etməyə məcbur etmək, ram etmək. [Səməd bəy] hamını öz fikrinə, öz arzusuna tabe etmək istərdi. Çəmənzəminli. [Elçin:] ..Başsız axan suları özümüzə tabe etsək də, hələlik göylərə gücümüz çatmır. Z.Xəlil. Tabe olmaq – birinin və ya bir şeyin hökmü altına düşmək, onun iradəsi ilə hərəkət etməyə məcbur olmaq, razı olmaq, itaət etmək, boyun əymək. [Gəray:] Beləliklə, o tabe olsa bizə; Şübhəsiz, baş əyər hər əmrimizə.. A.Şaiq.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

tabe

bağımlı, tabi


Axir izdelgen sözler: