turklehceleri.org

sərsəri

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

sərsəri

sif. [fars.]
1. İşi-gücü və müəyyən yeri olmayıb orada-burada dolaşan, heç bir işlə məşğul olmayan; avara, veyil. [Zeynalı] belə sərsəri həyata kefdən .. ayılmayan bəzi arqadaşları .. sürükləmişdi. S.Hüseyn. // İs. mənasında. Dəyibdir Zakirə eşqin əsəri; Kimi dəli deyir, kimi sərsəri. Q.Zakir. [Fərhad Sitarəyə:] Sən Nəsrəddin şahın hərəmi, mən səfalət içində çapalayan bir sərsəri, elə deyilmi? C.Cabbarlı.
2. zərf Sərsəricəsinə, dəlicəsinə. Tamam içəridən çıxır və sərsəri, qorxunc bir qəhqəhə çəkərək ildırım kimi çaya tərəf qaçır. S.S.Axundov. • Sərsəri olmaq – dəli olmaq, ağlını itirmək. Aşığınam canü dildən, ey pəri! Dərdi-fərağından oldum sərsəri. Aşıq Pəri.
3. Sahibsiz, yersiz-yurdsuz, avara. [Səfil uşaq] gündüz diləndiyi bir parça çörəyi şəhərin sərsəri itlərinə paylayırdı. Ə.Məmmədxanlı.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

sərsəri

I. avara, dərbədər, veyl, səfil
{serseri, dağınık, işsiz, sefil}

II. azgın, yava
{azgın, edepsiz}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

sərsəri

serseri


Axir izdelgen sözler: