turklehceleri.org

sərgərdan

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

sərgərdan

sif. və zərf [fars.] Yersizyurdsuz, sərsəri, avara. Sərgərdan adam. – Ata-ana nazı ilə böyümüş Budaq indi çox şeyə tamarzı qalırdı. O, avara, səfil və sərgərdan həyat sürürdü. Ə.Vəliyev. // Başını itirmiş, çıxış yolu tapa bilməyən. Yazıq Ələsgərəm, sərgərdan canım; Qurban sizin kimi dosta, gözəllər!.. Aşıq Ələsgər. Boynu çiynində, qoltuğunda əli; Zarü-məhzun, məlulisərgərdan. C.Cabbarlı. • Sərgərdan gəzmək (dolanmaq) – veyillənmək, işsiz-gücsüz, bikar gəzmək, avaralanmaq. Ey soran halım mənim, mən bir dili-sədparəyəm; Eşq səhrasında sərgərdan gəzən avarəyəm. M.V.Vidadi. Ömrü olduqca sərgərdan dolandı; Hər saatı min il olub uzandı. A.Səhhət. Sərgərdan qalmaq – əli hər şeydən çıxmaq, yersizyurdsuz qalmaq, işindən, yurdundan avara düşmək. Baş tülək deyilsən, çolpa balasan; Sərgərdan qalarsan, tora düşərsən. Aşıq Ələsgər. [Kəndli:] ..Biz 40 gün nə üçün avara, sərgərdan qalaq? Qantəmir. Sərgərdan qoymaq (eləmək) – işdən-gücdən eləmək, işindən ayırıb avara qoymaq. Bu dərdlər oyar məni; Al qana boyar məni; Ögeydən ana olmaz; Sərgərdan qoyar məni. (Bayatı). Bir nəzər qıl mənə, ey çeşmi-xumar; Eyləyibdir məni sərgərdan zülfün. M.P.Vaqif. [Mirzə:] Evi bərbad olmuş məni işimdən, gücümdən avara, sərgərdan eləyib, gətirib buraya. Ə.Haqverdiyev.


Axir izdelgen sözler: