turklehceleri.org

səpmək

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

səpmək

I. f.
1. Toxumu səpin üçün hazırlanmış torpağa səpələmək; toxum atmaq, əkmək. Çiyid səpmək. – ..Vəliqulu çöldə idi. Zəmiyə toxum səpirdi. C.Məmmədquluzadə. [Tarverdi:] ..İkicə pud bu il yerə [buğda] səpdim. C.Cabbarlı.
2. Tökmək (toz halında olan şeylər haqqında). Tarlaya dərman səpmək. Qapının qabağına qum səpmək. – Firəngiz göbələklərin çökəyinə duz səpib, bir-bir közün üstünə düzürdü. B.Bayramov. // Dən atmaq, yem tökmək. [Novruzəli xana:] Xan, qadanı alım, bu xoruzlar qaldılar burada, heyvandılar, qoyaydın qıçlarını açıb bir az burada dən səpəydim. C.Məmmədquluzadə. Sənəm qarı balağından çəngə ilə dən götürüb .. toyuqcücələrə səpirdi. Ə.Məmmədxanlı. // Çiləmək, tökmək, səpələmək (maye haqqında). Başına ətir səpmək. – Araşqının təpəndə; Üzə gülab səpəndə; Könül çatar murada; Ağ üzündən öpəndə. (Bayatı). Əyyarlar başladılar Dəmirçioğlunun üstünə bihuşdarı səpməyə. “Koroğlu”. ..Nökərlər də Rzaquluxanın üzünə su səpib huşa gətirməyə çalışırdılar. M.S.Ordubadi.
3. Pərakəndə halda atmaq, necə gəldi atmaq, tökmək, töküb-töküşdürmək. Paltarları evin içinə səpmək. – Bir gün Sürəyyanın cehizlərini qayınatası çıxardıb, evdən birbəbir həyətə səpdi. Çəmənzəminli. [Birinci fəhlə:] Budur ha, genə kağız səpiblər ki... H.Nəzərli.
4. Yağmaq, səpələmək. Yağış səpir. – Səpir qarı ağaclara, kollara; Dərələrə, təpələrə, yollara. A.Səhhət.
5. Atmaq (çoxlu miqdarda). Səlim dayana bilmədi. Bir qatar güllə səpdi.. Mir Cəlal.
6. Obrazlı təşbehlərdə: işıq səpmək, nur səpmək, səadət çiçəyi səpmək və s.
7. Bir sıra isimlərlə işlənərək müxtəlif ifadələr düzəldilir; məs.: yarasına duz səpmək, gözünə torpaq səpmək, ürəyinə soyuq su səpmək və s.

II. f. Dərisi səpgi tökmək, səpgi çıxarmaq. Üzü səpmək. Qolları səpmək.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

səpmək

I. ələmək, tökmək, yaymaq, dağıtmaq
{elemek, dökmek, yaymak, dağıtmak}

II. çiləmək, sıçratmaq, fışqırtmaq
{serpmek, sıçratmak, fışkırtmak}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

səpmək

saçmak, serpmek


Axir izdelgen sözler: