səmt
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
səmt
is. [ər.]
1. Cəhət, tərəf, yön. Günəş səmtinə baxmaq. Dəniz səmtinə tərəf getmək. – Ağac səmtinə yıxılar. (Ata. sözü). Axirüləmr [Məhəmmədhəsən əmi] gəldi, tövləsini ortadan yarı böldü və küçəyə səmt bir qapı açdı. C.Məmmədquluzadə.
2. İstiqamət. Su səmtini tutmaq. Küləyin səmtilə getmək.
3. məc. Yaxın adam, qohum-əqrəba mənasında. Öz səmtindən qız almaq. – Aşkardı ki, qlava öz səmtini qoyub özgəni katdalıqda saxlamayacaq. C.Məmmədquluzadə. ‣ Səmt düşmək – yaxınlaşmaq, yaxın düşə bilmək, yaxına getmək. Xosrovdan başqa heç kəs bu havalı ata səmt düşə bilmirdi. S.Rəhimov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
səmt
tərəf, cəhət, istiqamət
{taraf, yön, istikamet}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
səmt
rota, semt