səma
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
səma
is. [ər.] Göy, asiman. Yaz mövsümü endikcə səmadan yerə axşam; Gün nuru verir dağlara min rəngi-dilaram. A.Səhhət. Bu gün heç bilmirəm, nə üçün, nədən; Səma da mavidir; Torpaq da mavi. N.Xəzri. Gündoğan tərəf utancaq bir qız yanağı kimi qızarır, ..səma ağır-ağır dalğalanan bir sədəf gölü kimi hər an rəngdən-rəngə girirdi. M.Rzaquluzadə.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
səma
göy, asiman
{gökyüzü, asuman}