səliqəli
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
səliqəli
sif.
1. Səliqəyə, üsula müvafiq, səliqəyə salınmış, müntəzəm, düzgün, nizamlı. Səliqəli iş otağı. Səliqəli yataqxana. Səliqəli ev. – [Hakim] səliqəli stolunun üstündə gördüyü lazımsız kağızları bir-bir cırıb səbətə atırdı ki, əl-ayağa dolaşmasın! Mir Cəlal. // Hər şey öz yerində, qaydada. Balaca həyət yenə əvvəlki kimi səliqəli idi.
2. Səliqəsi olan, işi səliqə ilə görən, səliqə qaydalarını gözləyən. Səliqəli qız. Səliqəli şagird. – Səliqəli maldarlar axşam vaxtı çöldən naxır qayıdan zaman oğul-uşağı düzərlər qapılara ki, camışlar, öküzlər, inək və danalar düz girsinlər töylə həyətinə. C.Məmmədquluzadə.
3. Zərf mənasında. Təmiz, diqqətli, dürüst, hər şey öz yerində. Skamyada mənimlə birlikdə səliqəli geyinmiş cavan bir gürcü də oturmuşdu. A.Şaiq. Şagirdlərdən, əyinlərinə geydikləri formanın son dərəcə səliqəli olmasını, düymələrinin, papaqlarındakı ulduzun par-par parıldamasını tələb edirdilər. Ə.Sadıq.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
səliqəli
sahmanlı, qaydalı, təmiz
{düzenli, kaideli, temiz}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
səliqəli
derli toplu
Axir izdelgen sözler:
- dynmazlyk,
- türk,
- Sakız,
- conjuncture,
- cındır,
- kıvrım,
- sinkləmə,
- pıçpıç,
- namizədlik,
- quzulu,
- tiriñ,
- hermafrodit,
- ölkö,
- skip,
- tüzel,
- Dış,
- hujjatli,
- çamaşırhane,
- rediska,
- erkak,
- aytıraytmaz,
- səliqəli