səlbə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
səlbə
is.
1. Ağacdan meyvəni salmaq, heyvanları qovmaq və s. üçün atılan ağac parçası. [İmamverdi:] Ağız, ..o nədir tolazlamısan səlbəni, gedib dəyib Haykanuşun danasının gözünə, o da gəlmişdi Allahverdi kişinin üstünə davaya. C.Cabbarlı.
2. Səlbə kimi tullanılan, atılan hər hansı bir şey. Dəmir səlbəsi. Papaq səlbəsi. – [Şaqqulu] da əlini rəfə atıb, “köpək oğlu özünsən!” – deyib kərbəlayıya bir qazan səlbəsi vurdu.. Çəmənzəminli.