səfalı
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
səfalı
sif. Səfa verən, zövq verən, ləzzət verən, ürəkaçan, xoşagələn, xoş. Fəsillərin ən gözəli, ən səfalısı bahar vaxtı olduğundan o tərəf-bu tərəf yaşıl otlar, əlvan çiçəklər ilə bəzənmişdi. T.Ş.Simurq. Yayın səfalı, lətif bir günü idi. S.Hüseyn. // Xoş mənzərəli, axar-baxarlı. Səfalı yer. Səfalı mənzərə. Səfalı təbiət. – [Səfərli Aydına:] Dağların döşündə .. səfalı istirahət evləri tikiləcək. H.Seyidbəyli.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
səfalı
xoş, nəş’əli, ləzzətli, gözəl, mənzərəli, şairanə
{hoş, sevimli, tatlı, güzel, görsel, şiirsel}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
səfalı
pitoresk