səadət
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
səadət
is. [ər.]
1. Həyatda ən yüksək məmnunluq hissi; bir şəxsin hər hansı bir şeydən duyduğu dərin məmnunluq və sevinc hissi; xoşbəxtlik. [Murad] özünün səadət və istirahətini yalnız Nigarla bərabər yaşamaqda görürdü. S.Hüseyn. Şair anam Azərbaycan, sən vüqarımsan; Nəğməmsən, şerimsən, şeriyyətimsən; Sən mənim dünənki yaralarımsan; Sən mənim bugünkü səadətimsən! Ə.Kürçaylı. Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. İ.Əfəndiyev.
2. məc. Obrazlı təşbehlərdə, məs.: səadət yolu, səadət qapıları, səadət məşəli, səadət nuru və s. – [Zəhra:] Ədalət dünyada əlvan gül açsın; Səadət günəşi nurunu saçsın. M.Rahim. Səadət qapıları [Zərqələmin] üzünə açılırdı. Ə.Sadıq.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
səadət
bəxt, tale, xoşbəxtlik
{şans, talih, mutluluk}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
səadət
saadet