turklehceleri.org

sızıldamaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

sızıldamaq

f.
1. Yüngülcə ağrımaq, sızı vermək. Sümüklərim sızıldayır. Dişi sızıldamaq. – Zeynəb bucaqda ayaq üstə durmaqdan lap yoruldu. Qıçları ağrıyıb sızıldayırdı. C.Məmmədquluzadə. [Firuzun] sümükləri sızıldayır. Ə.Məmmədxanlı.
2. məc. Halından, həyatından şikayətlənmək, ağlayıb-sızlamaq. Ey sevdiyim, səndən cüda düşəli; Qan-yaş töküb sızıldaram, yanaram. Q.Zakir. [Mirzə Bağır Mirzə Həsənə:] Sızıldamaq elə sənin köhnə peşəndir. Çəmənzəminli. // Zarımaq, inildəmək, ağlamaq. [Uşaq] neçə dəfə sızıldayıb anasını çağırdı. Mir Cəlal. [Camal] sızıldayır, arvadı Tükəzban da başına-gözünə vura-vura şivən qoparırdı. Ə.Abasov. Qapı ağzında xəstə, arıq, sarıbəniz bir uşaq yerə yıxılıb sızıldayırdı. S.Vəliyev.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

sızıldamaq

I. ufuldamaq, şikayətlənmək, inildəmək, ağrımaq
{sızlanmak, şikâyet etmek, inlemek, ağrımak}

II. xəstələnmək, naxoşlamaq
{hastalanmak, rahatsızlanmak}

III. ağlamaq
{ağlamak}


Axir izdelgen sözler: