sıxıntı
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
sıxıntı
is.
1. Çətinlik, qısıntı, yoxsulluq, ehtiyac, korluq, güzəran ağırlığı. [Əmrah] başdan-ayağa sıxıntı, fəryadla yoğrulmuş bir həyatdan küsməkdə haqlı idi. M.Hüseyn. Durnanın uşaqlığı sıxıntı içərisində keçmişdi. Ə.Sadıq. • Sıxıntı çəkmək – 1) maddi cəhətdən çətinlik çəkmək, korluq çəkmək, ehtiyac içində olmaq. Min sıxıntı çəkirsən, güzəranın ağırdır; Dərdini eşitməyir tanrın, niyə, sağırdır? N.Rəfibəyli; 2) əzab çəkmək, əziyyət çəkmək. [Aydəmir İnciyə:] İstəmirəm sən mənimçin bir sıxıntı çəkəsən, sənin adın çəkilsin. C.Cabbarlı.
2. Darısqallıq nəticəsində duyulan narahatlıq. Ailə bir otaqda sıxıntı içərisindədir. – [Kənd məktəbinin müəllimi:] Sizin evdə [müəllim] sıxıntı çəkər. Ə.Haqverdiyev.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
sıxıntı
I. utanma, karıxma, çaşma, pərtlik perişanlık
{utanma, kendini kaybetme, şaşırma, }
II. qüssə, kədər, qəm
{hüzün, keder, gam}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
sıxıntı
baskı, sıkıntı, usanç