turklehceleri.org

sıx

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

sıx

sif.
1. Ağacları, budaqları, yarpaqları və s. bir-birinə çox yaxın, bitişik. Sıx meşə. Sıx kol. Sıx çəmən. – ..Dərələrində adamboyu qalxan sıx, ətirli otlar bitən bu yerləri körpəlikdən sevirdi. İ.Hüseynov.
2. Qalın, gur, yoğun. Sıx hörüklər. – Natiq sadə fəhlə paltarı geymiş, papağını əlinə almışdı. Onun sıx saçları uzanıb boynunun ardına sarı tökülmüşdü. M.Hüseyn. Füzuli çataraq sıx qaşlarını; Leylinin eşqinə saldı Məcnunu. S.Vurğun.
3. zərf Bir-birinə yapışmış, çox yaxın. Cərgədə sıx durmaq. Şeyləri sıx qoymaq. // sif. və zərf Bir-birindən ayrılmaz, yaxın, əlaqəli (bəzən “sıxı” şəklində işlənir). Sıx əlaqə. – ..Arasında sıx bir rabitə vardı. S.Hüseyn.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

sıx

I. qalın, yoğun
{kalın, yoğun}

II. qatı, qəliz
{katı, şiddetli}

III. kip, bərk, möhkəm
{sık, berk, muhkem}

IV. dar, darısqal
{dar, uzun ince}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

sıx

sık, sıkı, yoğun


Axir izdelgen sözler: