turklehceleri.org

sürmək

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

sürmək

I. f.
1. Qabağına qatıb irəli hərəkət etdirmək, aparmaq, istiqamətləndirmək. Qoyunları sürmək. Naxırı çölə sürmək. – Divar dibində, kölgədə xoruz, toyuqlar uyqular; Naxırçılar qaramalı sürüb sərin suya salar. A.Səhhət. // Arabaya və s.-yə qoşulmuş heyvanı yeriməyə təhrik etmək, məcbur etmək, haylamaq. Əsəd “he-he” deyə-deyə öküzləri sürməkdə idi. C.Məmmədquluzadə. Novruz istəyirdi atları sürsün. N.Nərimanov. Qatırı sürən (f.sif.) kişi dəstəni saxladı. S.Vəliyev.
2. Hərəkət edən şeyi (avtomaşını, təyyarəni, gəmini və s.-ni) idarə etmək. Kombayn sürmək. Velosiped sürmək. Tramvay sürmək. – Şofer maşını geriyə döndərdi və hamar yolla sürərək vağzala istiqamət aldı. M.Hüseyn. [Xala Yunisə:] Deyirlər, Yaqut əyriplan sürür, göydə uçur. Ə.Məmmədxanlı.
3. Qovmaq, sürgün etmək, cəza olaraq uzaqlara göndərmək. [Paşa bəy xana:] A kişi, indi danışanda bizi sürməyəcəklər ki, sözdür... Çəmənzəminli.
4. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: ömür sürmək, həyat sürmək, dövran sürmək, cəfa sürmək və s.

II. f.
1. Davam etmək, çəkmək. Külək üç gün sürdü. İclas iki saat sürdü. Xəstəliyi uzun sürdü.
2. Vaxt keçmək, zaman keçmək. Heç bir saat sürmədi ki, özü gəldi.

III. f. Şumlamaq. Tarlanı sürmək.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

sürmək

gütmek, haydamak, sürmek


Axir izdelgen sözler: