turklehceleri.org

sürmə

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

sürmə

I. is.
1. Qadınların qaşlarına, gözlərinə çəkdikləri qara boya, toz. Sürmə çox olanda gözə də çəkərlər, qaşa da. (Məsəl). Sürmə çəksin gözlərinə, qaşına; Gündə yüz yol mən dolanım başına. Q.Zakir. [Hafizə xanım Sayada:] O nə sürmədir gözünə çəkibsən? İtil burdan. Ə.Haqverdiyev.
2. Kimyəvi element, gümüşü kövrək metal. Ayrı-ayrı kimyəvi elementlərdən isə alüminium, vanadium, sürmə, volfram, nikel, kobalt, qurğuşun və radioaktiv metalların yeni yataqlarının axtarışı xüsusi əhəmiyyət kəsb edir. M.Qaşqay.
3. Sünbüldə dənlərin qaralıb toz halına gəlməsindən ibarət taxıl xəstəliyi.

II. is. bax. siyirmə2. Stolun sürməsini açmaq.

III. bax. siyirmə3. [Gilə] içəri girib qapını örtdü və sürməsini vurdu. Ə.Vəliyev. [Hacıgili] ..qapını əl ilə bağlayıb, açılmasın deyə uzun ağac sürməni də keçirmişdilər dalına. İ.Əfəndiyev.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

sürmə

I. qovma, çapma, seyirtmə
{kovma, çarpma, seğirtme}

II. yollanma, göndermə
{yollama, gönderme}

III. şumlama, ekmə
{toprağı sürme, ekme}

IV. uzadılma, artırılma
{uzatılma, artırılma}

V. qovmaq, çapmaq, səyirtmək
{kovmak, çarpmak, seğirtmek}

VI. yollamaq, göndermək
{yollamak, göndermek}

VII. şumlamaq, ekmək
{toprağı sürmek, ekmek}

VIII. uzadılmaq, artırılmaq
{uzatılmak, artırılmak}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

sürmə

sürme


Axir izdelgen sözler: