surət
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
surət
is. [ər.]
1. Zahiri görünüş, şəkil. Surəti dəyişmək. – [Yusif:] On ildir ki, Şamdan ilə görüşməmişəm. İndi görək ki, surəti də təğyir tapıbdır. N.Nərimanov. Bədənnüma güzgüdə o; Baxıb görür surətini. N.Rəfibəyli. // Üz, sifət, çöhrə, sima. O saat sevgili anasının surəti [Nurəddinin] gözlərinin önündə durdu. S.S.Axundov. ..Mehriban çobanın surəti gözləri önünə gəldikdə, Səmədin qəlbində nakam məhəbbətin yarası daha şiddətlə sızıldamağa başlamışdı. İ.Hüseynov.
2. Şəkil, üsul, qayda, tərz. [Odabaşı:] Bu məhəbbət onlar böyüdükcə təbəddülata uğrayıb axırda başqa bir surət aldı. Ə.Haqverdiyev.
3. Bir şeyin əslindən eynilə köçürülmüş nüsxəsi, üz. Protokolun surəti. Şəhadətnamənin surəti. – Gəldiyev əvvəl bu vərəqənin surətini çıxartdırdı. Mir Cəlal. Bu, Yusifin öz xahiş ilə .. azad olunması barədə əmrinin surəti idi. B.Bayramov.
4. Yazıçının, rəssamın, artistin yaratdığı tip, obraz, xarakter. Yeni insan surəti. Səhnə surətləri. – Gənc Baxşı Cabbarlının maraqlı surətlərindəndir. M.Arif.
5. Şəkil, portret, təsvir. İndi başına daş düşmüş müsəlman belə surətləri görüb dinindən dönəndə deyirlər: “dəli olub”. Ə.Haqverdiyev.
6. riyaz. Kəsirdə: bölünən ədəd. Kəsrin surəti.
7. “Surətdə” – şəklində bir sıra sözlərlə işlənərək zərf birləşmələri düzəldilir; məs.: süni surətdə, narazı surətdə, belə olan surətdə, təcili surətdə, rəsmi surətdə və s. ‣ Bu surətdə – belə olduqda, bu halda. [Hacı Nuru şair:] Bu surətdə mənim hünərimdən nə fayda hasil olacaq, mənim şerim nəyə məsrəfdir? M.F.Axundzadə. Bu surətlə – bu qayda ilə, beləliklə. [Qızılquş balalarının] anası bu surətlə balalarına ovçuluq öyrədər. A.Şaiq. O surətdə – onda, o zaman, o halda. Bu elçinin oğlan evinə gətirdiyi məlumat əlverişli olsa, .. o surətdə oğlanın ana və bacısı o evə rəsmi surətdə elçi gələcəklər. R.Əfəndiyev.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
surət
I. üz, sifət, sima, bəniz
{yüz, sıfat, sima, beniz}
II. rəsm, şəkil
{resim, şekil}
III. şəkil, forma
{şekil, form}
IV. obraz, şəxs
{görünüş, şahıs}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
surət
kopya, suret