sumaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
sumaq
is. Yarpaqlarından aşı, boyaq və dərman maddələri hasil edilən ağac və ya kol. Sumaq üç metrə qədər hündürlükdə, qışda yarpağı tökülən alçaqboylu ağac və ya koldur. Yaşıl-ağ rəngli çiçəkləri iyunda açır, tünd-qırmızı rəngli meyvəsi sentyabrda yetişir. Yarpağından dəri aşılamaqda geniş istifadə olunur. H.Qədirov. // Həmin ağacın xörəklə yeyilən qurudulub döyülmüş tündqırmızı meyvəsi.