soyuqluq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
soyuqluq
is.
1. Soyuq şeyin halı, hərarət olmaması, hərarətsizlik; soyuq. Havanın soyuqluğu. Suyun soyuqluğu. Küləyin soyuqluğu. – Havanın artar istisi; Daha soyuqluq az olar. A.Səhhət. Payızın rütubətli havaları başlanmış olduğundan soyuqluq hiss olunurdu. T.Ş.Simurq. Payızdır... havada soyuqluq da var; Onunçun yarpağı tökür indi o. N.Xəzri.
2. məc. Əvvəlki məhəbbətin, hörmətin, yaxınlığın olmadığı hal, soyuq münasibət; sərinlik. Aralarında soyuqluq var. – Bu səfər uşaqlar müəllimləri tərəfindən soyuqluq gördülər. Çəmənzəminli. [Murad Nigarın] rəftar və hərəkətlərində özünə qarşı bir soyuqluq hiss etdi. S.Hüseyn. • Soyuqluq göstərmək – soyuq münasibət göstərmək, soyuq qarşılamaq.
3. məc. Başısoyuqluq, səhlənkarlıq. • Soyuqluq eləmək – öz işinə soyuq baxmaq, səhlənkarlıq, diqqətsizlik eləmək, fikir verməmək, laqeydlik göstərmək. [Qaragözov:] Soyuqluq eləməyin, müalicəni yarımçıq qoymayın! Mir Cəlal.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
soyuqluq
I. sızaqlıq, şaxtalıq, sərinlik
{sopsoğukluk, buzluk, serinlik}
II. laqeydlik, başısoyuqluq, səhlənkarlıq
{lâkaytlık, umursamazlık, ihmalkârlık}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
soyuqluq
soğukluk