turklehceleri.org

siqnal

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

siqnal

[alm. Signal]
1. Hər hansı bir məlumatı, xəbəri, komandanı və s.-ni uzaqlara vermək üçün şərti səs və ya işıq işarəsi. İşıq siqnalı. Siqnal vermək. Hava siqnalı. – [Tahir] uzaqdan siqnal verdi. M.Hüseyn. Hava təhlükəsi siqnalı arasıkəsilmədən eşidilirdi. Ə.Vəliyev. Mehriban bütün gücünü toplayıb siqnallara cavab verməyə çalışır, lakin bacarmırdı. H.Seyidbəyli. // məc. İşarə. Fikrimiz və yolumuz sinifsiz gələcəyə siqnaldır. S.Vurğun.
2. məc. Arzuedilməz bir işin baş verdiyi və ya baş verə biləcəyi haqqında xəbərdarlıq, məlumat. [Əlyarov Ərknaza:] ..Sənin barəndə siqnal var, Riqadan hökumət mağazasının qiymətli şeylərini götürüb qaçmısan. M.Hüseyn.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

siqnal

I. işarə
{işaret}

II. xəbərdarlıq, mə’lumat
{haberdarlık, bilgi}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

siqnal

sinyal


Axir izdelgen sözler: