siqlət
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
siqlət
is. [ər.] Ağırlıq. Havanı görmək olmur, amma onun varlığına şəkk yoxdur, hətta onun siqlətini, yəni vəznini belə bilmək mümkündür. H.Zərdabi. Qız tutulub, heç bilməyir nə eləsin, nə? Sanki əzmiş siqlətilə güclü dağ onu. N.Xəzri. // Məc. mənada. Gəlin qurşunlardan tökək şeri biz; Hər sözün siqləti dönsün bir tona. S.Vurğun. Kim deyər ki, bu dərdin siqlətinə qədərdir? R.Rza.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
siqlət
sanbal, çəki, ağırlıq
{tartı, çeki, ağırlık}