sidq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
sidq
is. [ər.] Sədaqət, səmimilik, ürək təmizliyi. • Sidqlə, sidq ilə – bax. sidqiürəkdən. Bitibdir dağda lalə; Oxşar gül üzdə xalə; Sidqinən sevən ürək; Axır çatar vüsalə. (Bayatı). Artıran söz qədrini sidq ilə qədrin artırar; Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz. Füzuli. Sidqi-ürəkdən (ürəklə), sidqi-dildən (dillə) – səmimiyyətlə. Sidqiürəkdən təşəkkür etmək. Sidqi-dildən qulluq etmək... – Mən qonaqların qabağına çıxıb, sidqi-ürəkdən onları pişvaz edirdim və onlara – xoş gəldin – deyirdim. C.Məmmədquluzadə. [Kətxuda:] Hərgah doğrudan Əmi sidqi-ürəklə camaatın tərəfini saxlayır isə, əlbəttə, bir iş meydana gələcəkdir. N.Nərimanov. [Mirzə Cəmil:] Nə qədər canım sağdır, nəfəsim gedib-gəlir, ağama sidqi-dillə qulluq eləyəcəyəm. Ə.Vəliyev.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
sidq
səmimilik, saflıq
{samimilik, sadakat}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
sidq
doğruluk
Özbekche—In'gilische Lughet (Dirks, 2005)
sidq
(Arabic) devotion.