sarıbəniz
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
sarıbəniz
(=sarıbənizli) sif.
1. Sarışın. Sarıbəniz qız. – Uzunboylu, sarıbənizli, alagözlü taqım komandanı taqımı fişəng ilə təchiz edirdi. H.Nəzərli. Sarıbəniz uşaqlar həyəcanla bu məhbusları izləyirdilər. S.Vəliyev.
2. Solğun sifətli, üzünün rəngi qaçmış, solğun. Sarıbənizli xəstə. – Buna görə də Şiraslan gündən-günə arıqlayır, onun sarıbəniz sifəti getdikcə tutulur(du). S.Rəhimov.