sarsıdıcı
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
sarsıdıcı
sif.
1. Çox güclü, çox ağır, dağıdıcı, məhvedici. Sarsıdıcı zərbə endirmək. – Sarsıdıcı zərbə altında dayanmayan düşmən təyyarələri geri qaçırdı. S.Rəhimov.
2. məc. Çox təsirli, çox həyəcanlı, çox güclü, adamı sarsıdan. Sarsıdıcı mənzərə. Sarsıdıcı hadisə. – Mahrunun gətirdiyi xəbər sarsıdıcı bir xəbər idi. M.S.Ordubadi. Rəisin sözləri həkim üçün nə qədər gözlənilməzdisə, bir o qədər də sarsıdıcı idi. Ə.Vəliyev.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
sarsıdıcı
sarsıcı, sasıtıcı