turklehceleri.org

saplamaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

saplamaq

f.
1. İynənin gözünə sap keçirmək. İynəni saplamaq. – Həsən .. sap çıxardıb sapladı və barmağına üskük taxıb, şalvarın arxasını diqqətlə büzələməyə başladı. Çəmənzəminli. [Maritsa] iynəni çətinliklə saplayır, asta-asta tikirdi. S.Vəliyev.
2. Əl yeri qayırmaq, sap taxmaq. Baltanı saplamaq. Çəkici saplamaq. – [Əsgər] ..xəlvət səngərə çəkilib çiynində kürk, əlində dəri əlcək bel saplayır, külüng itiləyir, kərki düzəldirdi. Mir Cəlal.
3. Ucu şiş, iti aləti sapına (dəstəsinə) qədər soxmaq, keçirmək. [Yusif] qoynunda saxladığı ufaq xəncəri xaqanın köksünə saplar. H.Cavid. Üzərini qapladım; Ürəyinə sapladım; O dilbilməz bıçağı. S.Rüstəm.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

saplamaq

saplamak


Axir izdelgen sözler: