sadələşdirmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
sadələşdirmək
f. Sadə şəklə salmaq, bəsitləşdirmək, asanlaşdırmaq. Sxemi sadələşdirmək. Maşının konstruksiyasını sadələşdirmək. Orfoqrafiyanı sadələşdirmək. – Məşədibəy izahını daha da sadələşdirdi. M.Hüseyn. // məc. Bəsitləşdirmək, bayağılaşdırmaq, məzmunsuzlaşdırmaq, dayazlaşdırmaq, lorulaşdırmaq. Hadisələrin mənasını sadələşdirmək. – Tərlanov məsələni həddindən artıq sadələşdirir. H.Seyidbəyli.