rəngli
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
rəngli
sif.
1. Rənglənmiş, rəng çəkilmiş; boyalı. Rəngli pəncərə. – Binanın adına layiq işıqlı bir şey vardısa, o da təzəcə salınmış rəngli qapısı idi. M.İbrahimov.
2. Müxtəlifrəngli, rəngarəng, rəngbərəng, əlvan. Salman kişi [Aqilə] çoxlu dəftər, rəngli qələm alacağını vəd etdi. Mir Cəlal. [Müəllim] [Tapdığa] bir qutu rəngli karandaş gətirmişdi. Ə.Vəliyev.
3. Rəng bildirən sifətlərdən sonra gələrək əşyanın həmin rəngdə olduğunu bildirir. Qırmızı rəngli bayraq. Qara rəngli parça. – Yadıma yurdumun çölü, çəməni; Suyu zümrüd rəngli göllərim gəlir! M.Dilbazi.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
rəngli
boyalı, bəzəkli
{boyalı, bezenmiş}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
rəngli
renkli