rəhbər
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
rəhbər
is. [fars.]
1. Hər hansı bir ictimai hərəkatın, partiyanın, sinfin ideoloqu, siyasi başçısı, yolgöstərəni. Hərəkatın rəhbərləri.
2. Bir işin başında duran, onu idarə edən adam; başçı. Dram dərnəyinin rəhbəri. Şöbənin rəhbəri. – Jurnalın rəhbəri Cəlil Məmmədquluzadə bütün qüvvə və enerjisini, bütün fikir və vaxtını jurnala həsr etmişdi. M.İbrahimov. [Məmmədsadıq:] Səməndər elə rəhbərə rast gəlib ki, tükənməz bir xəzinədir. B.Bayramov.
3. Yolgöstərən. Sən olmasan verəməzdim mən eşqə bir məna; Bu yolda sən mənə rəhbərsən, eyləməm inkar. H.Cavid.
4. köhn. Arayış, məlumat kitabı; bir fənni, dili öyrənmək üçün kitabça. Rəhbəri-cəbr.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
rəhbər
başçı
{önder}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
rəhbər
başkan, kılavuz, önder, rehber, reis, yönetici, yönetmen