rəftar
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
rəftar
is. [fars.] Birisinə və ya bir şeyə qarşı göstərilən münasibət, davranış, hərəkət tərzi. Yaxşı rəftar. Pis rəftar. – [Vaqif Qızxanıma:] Səndən xoş rəftardan başqa bir şey tələb etmirəm. Çəmənzəminli. // Özünü aparma tərzi, özünü tutma qaydası. [Əşrəf bəy:] Ancaq təvəqqe eləyirəm, mənim bu cür rəftarımı biədəb hesab eləməyəsiz. N.Vəzirov. • Rəftar etmək (eyləmək) – birisinə və ya bir şeyə qarşı bu və ya başqa cür münasibət göstərmək, hərəkət etmək, davranmaq, özünü aparmaq. Sən muradım əksinə, ey çərx, rəftar eylədin. S.Ə.Şirvani. Aralıqda “cənnətin qəbzi” məsələsi olmasa idi, usta camadarla başqa cür rəftar edərdi. Çəmənzəminli.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
rəftar
əməl, hərəkət, münasibət, davranış
{iş, hareket, arkadaşlık, davranış}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
rəftar
muamele, tutum