rəf
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
rəf
I. is. [ər.] Qab-qacaq və s. düzmək üçün evin divarına və ya şkafa şaquli vəziyyətdə vurulan taxta parçası, yaxud divar tikiləndə qoyulan şaquli çıxıntı. Suvaqsız divarda qədim tüfənglər və qılınclar asılmışdı, rəflərdə pas basmış mis qablar üstüstə yığılmışdı. Çəmənzəminli. [Nuriyyə:] Gözüm otağın yarımqaranlığına alışandan sonra adi taxtadan düzəlmiş rəflərdəki kitabları gözdən keçirdim. İ.Əfəndiyev.
II. is. [ər.] Qaldırma, aradan götürmə, rədd etmə, ləğv etmə, yox etmə. Ən əvvəl lazım olan budur ki, öz ehtiyacatımızı dürüst bilib, tədriclə bunların rəfinə çalışaq. F.Köçərli. • Rəf etmək (köhnə forması: rəf qılmaq) – aradan götürmək, aradan qaldırmaq, yox etmək, ləğv etmək, rədd etmək. Rəf qıl dərdimi, tut bir neçə camilə əlim; Saqiya, ol gözü xummardən oldum məyus. S.Ə.Şirvani. Poçt yolu ilə gəlib-gedənlərin hər ehtiyaclarını Rəhim bəy kəmali-məmnuniyyətlə rəf edirdi. Ə.Haqverdiyev. Rəf olmaq – aradan qalxmaq, yox olmaq, yox olub getmək. Yetişən zaman başa sinnü sal; Didarını görcək, rəf oldu məlal. Q.Zakir. Rəf olunmaq – yox edilmək, yox olub getmək. Ürəkdə həvəs cuş edəndə gözdən axan yaşla ürəkdəki ağırlıq rəf olunur. S.M.Qənizadə.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
rəf
I. ləmə, taxça
{raf, terek}
II. qovma, uzaqlaşdırma, götürmə
{kovma, uzaklaştırma, gönderme}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
rəf
raf