ru
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
ru
(=ruy) is. [fars.] klas. Üz, çöhrə. Həsrətindən zəfəranə dönsə ruyim, yox əcəb; Qoymuş hicranda məni, bir gülüzarım gəlməmiş. M.P.Vaqif. Düşübdür xəyalım yarın ruyinə; Can quşu bənd olub zülfü muyinə. M.V.Vidadi. Zülfün ki, tutub ruyunu, çox qorxuram ondan; Aləm toxunar bir-birinə zülmət olanda. Ə.Vahid. • Ruyi-zəmin klas. – Yer üzü; dünya, aləm. Bu şəhri-Qəzvində bir nəfər nabəkar peyda olubdur ki, cəmi-ruyi-zəmində ondan qətlə müstəhəq bir kimsənə tapılmaz. M.F.Axundzadə.