replika
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
replika
[fr.]
1. Natiqin çıxışı və ya tamaşa zamanı yerdən atılan söz, edilən etiraz. Züleyxa sözünü bitirməmişdi ki, Aslan bir replika atdı. C.Cabbarlı. ..Dilbər xanım səhnəyə çıxan kimi ətrafımda oturanlardan belə replikalar eşidirdim. S.Rəhman.
2. hüq. Tərəflərdən birinin məhkəmə prosesində etirazı. Replika vermək.
3. teatr. Səhnədə bir rolda oynayan şəxsin tərəfi-müqabilin sözlərinə cavabı, habelə bir personajın axırıncı sözləri (ki, bunun ardınca o biri personajın sözləri gəlir).
4. Musiqi frazasının başqa səs və ya başqa tonda təkrarı.