turklehceleri.org

qədər

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

qədər

I. [ər.]
1. is. Miqdar, say, kəmiyyət. Hər şeyin qədəri vardır. // Başqa nitq hissələri ilə (say və əvəzliklərlə) birlikdə qeyri-müəyyən say bildirir. • Bir qədər – bir az, qeyri-müəyyən miqdar. Bir qədər fikirləşdikdən sonra ayağa qalxdı. – Bir qədər pul ki, etdilər saman; Oldular xalq xürrəmü xəndan. S.Ə.Şirvani. Sara xanımın hiddətlənməsindən, doğrusu, mən bir qədər qorxdum. Qantəmir. Bir bu qədər – bax. bu qədər 1-ci mənada. Bu qədər – 1) bu miqdarda (adətən çoxluluq mənasında). Bu qədər vaxt harada idin? – Neyləmişəm bilməm dövri-zalimə; İncidər düşəndə bu qədər məni. Q.Zakir. Bu qədər çətinlik və məhrumiyyətə baxmayaraq, Azərbaycan xalqının istiqlalə olan ümidləri sönməmişdi. M.S.Ordubadi; 2) bitdi, vəssalam, daha deyəcək söz yoxdur (söhbətə, sözə xitam vermək üçün işlənir). Nə qədər – 1) nə miqdar? neçə? neçə dənə? Paltoya nə qədər vermisən? Kitabxanada nə qədər kitab var? Nə qədər vaxta gedirsən?; 2) nə dərəcədə, nə nisbətdə. Qozalar nə qədər çox, nə qədər iri olsa, o qədər yaxşıdır. Ə.Vəliyev; 3) istədiyin qədər, ürəyin istəyən qədər. Sənə, yalnız sənə; sənə deməkçün; Könlümdə nə qədər mənim sözüm var. B.Vahabzadə. Nə qədər ki... – o vaxta qədər ki... Nə qədər ki mənim gözümdə yaş var; Olsun ürəyinin daşına qurban! M.Müşfiq. O qədər – 1) o miqdarda (adətən çoxluluq bildirir). O qədər kitabı haradan almısan? O qədər şeyi yığmaq mümkün deyil. – [Qurbanəli:] Məhəmməd ağa oxumaqdan o qədər dəm vurdu ki, indi də qulağım gur-gur guruldayır. N.Nərimanov. O qədər çox ki, böyük işlərimiz; Onu nəql etməyə şerim aciz. M.Müşfiq; 2) o dərəcədə, o nisbətdə. Bura o qədər gözəldir ki... Nə qədər lazımsa, o qədər çalışmaq lazımdır. – [Pristav:] Doğrusunu de, yoxsa səni yıxdırıb o qədər döydürərəm ki, bir ay yorğan-döşəkdə qalarsan. Ə.Haqverdiyev. Hər nə isə, qərəz, bunun da o qədər eybi yoxdur.. Qantəmir.
2. qoş. Təxmin və təqrib mənasında. Onlar otuz nəfərə qədər adam idi. İclasa iki yüzə qədər adam gəlmişdi.
3. qoş. Bir işin intəhasını, həddini, yaxud davamını bildirir; ...dək, ...kimi. Axşama qədər səni gözlədim. Gecəni sabaha qədər yatmamışam. – O gün Araz axşama qədər qızdırma içində od tutub yana-yana inlədi. A.Şaiq. Kim bilir [Buğac] böyüyənə qədər başına nələr gələcək. M.Rzaquluzadə. // Bir şeyin böyüklüyünü, uzunluğunu, ölçüsünü bildirir. Topuqlarına qədər uzanmış saç. Dizlərinə qədər. // Bir yeri digər yerdən ayıran məsafəni, yaxud bir hadisəni digər hadisədən ayıran vaxtı göstərmək üçün işlənir (...dək şəkilçisi ilə də ifadə olunur). Bakıdan Moskvaya qədər qatarla iki günlük yoldur. Füzulidən Vaqifə qədər olan dövr. – Dilguşa paltosunu çiyninə atıb, darvazaya qədər Mehmanı ötürdü. S.Rəhimov.
4. qoş. Qabaq, əvvəl. Müharibəyə qədər. Yeni dərs ili başlanana qədər. Dünənə qədər.
5. qoş. Müqayisə mənasında – kimi. Təbrizin üfüqləri qara keçədən qurulmuş bir alaçığın içi qədər qara idi. M.S.Ordubadi. İndi bu balaca kəndciyəz Dilara üçün .. Bakı qədər əzizdi. Ə.Məmmədxanlı.

II. is. [ər.] Tale, qismət, müqəddərat, alın yazısı. Qədər büküb belimi, eyləyib kəman, ölürəm! X.Natəvan. Etiqad etsə qəzayə, qədərə; Ömrünü verdi bu sözlər hədərə. A.Səhhət. Vali buyurdu ki, qəm yeməsin çox; Qədər yazdığına bizdə çarə yox. R.Rza.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

qədər

I. miqdar, say, kəmiyyət
{miktar, sayı, nicelik}

II. qabaq, əvvəl
{ön, evvel}

III. kimi
{gibi}

IV. tale, qismət, müqəddərat
{talih, kısmet, kader}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

qədər

değin, kadar, kader, yazgı


Axir izdelgen sözler: