turklehceleri.org

qığılcım

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

qığılcım

is.
1. Yanar, yaxud qızarmış bir şeydən sıçrayan od zərrələri; çırtdaq, cılğam, çınqı. O ki qaldı “qığılcım” kəlməsinə, azərbaycanca qığılcım ən kiçik od şərarələrinə deyilir. M.F.Axundzadə. Yoğun elektrik kabelinin mis qabığında, çeçələ barmağının ucu enində bir yer sürtülüb açılmış və iki xətt bir-birinə toxunub qığılcım vermiş, bundan da havaya hopan qaz od tutmuşdu. M.Hüseyn. // Parlaq, işıldayan zərrə; parıltı, bərq. Almazın qığılcımları. Brilyant qığılcım saçır.
2. məc. Bir şeyin çox qüvvətli təzahürü, əlaməti, nişanəsi, işartısı mənasında. [Kərim babanın] .. qalın iri dodaqlarında daşqın sevinc qığılcımları uçuşaraq: – Qızılquş, balasını bu səslə çağırır, – dedi. A.Şaiq. Bu şeirlər Sabir satirasının zəif bir qığılcımını andırsa da, orijinal xüsusiyyətə malik idi. M.İbrahimov. Lakin bu ümid qığılcımı bir an parlayıb yenə də söndü. M.Rzaquluzadə.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

qığılcım

I. çırtdaq, cılğam, çınqı
{kıvılcım, parça, çıngı}

II. parıltı, bərq
{parıltı, şimşek}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

qığılcım

kıvılcım


Axir izdelgen sözler: