turklehceleri.org

qızlıq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

qızlıq

is.
1. Qadın cinsinin ərə gedincəyə qədər olan halı, qız olma dövrü. Qızlıq dövrü qadın həyatının ən mühüm dövrüdür. M.S.Ordubadi. [Məsmə:] İndi öz otağıma daşındıqda, ta qızlığımdan xəyalımda nəqşəsini çəkdiyim otağı hazırlamağa başladım. S.Hüseyn. Tükəzban xalanın qızlığından bir azarı vardı ki, indiyəcən başından çıxmamışdı. B.Talıblı.
2. Bəkarət.
3. Biri tərəfindən övladlığa götürülmüş qız uşağı, yaxud ana ardınca bir kişinin evinə gətirilən qız uşağı. [Səkinə xanım:] Ümidim budur ki, məni qızlığa qəbul edib, mənim bu dar günümdə köməyini məndən əsirgəməyəsən. M.F.Axundzadə.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

qızlıq

kızlık


Axir izdelgen sözler: